Alonsonun istəyi

Mətbuatda uzun müddətdir ki, Xabi Alonsonun “Real”ın baş məşqçisi olacağı barədə yazılar dərc olunur.

Futbolpress.az xəbər verir ki, gənc mütəxəssisin Madrid komandasının rəhbəri postunda Karlo Ançelottini əvəz edə biləcəyi bildirilir.

“Relevo”ya görə, Alonso özünü hazırda və ya gələcəkdə “Real”da rəhbər vəzifəsində görür. Eyni zamanda, məşqçi Madrid klubunda qırmızı xətlərin olduğunun fərqindədir. Məşqçi ilə idman bloku arasında aydın sərhədlər var. Alonso istədiyi futbolçuların hamısını transfer edə bilməyəcək. “Ağ-qaralar” məşqçinin təsirindən asılı olmayaraq, yalnız klubun maraqlarına uyğun olan transfer qərarları verir. Xabi bu oyun qaydalarını qəbul etməyə hazırdır. 

Karlo Ançelottinin gələcəyinin mövsümün nəticələrindən asılı olacağı bildirilir. Alonso isə bir mövsümü “Bayer”də keçirməyə hazırdır.