Alonso “Real”ın futbolçusunu komandasında görmək istəyir

“Bayer”in baş məşqçisi Xabi Alonso “Real”ın futbolçusu Naço Fernandesi komandasında görmək istəyir.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, Xabi Naçoya zəng edərək bu istəyini ona çatdırıb.

34 yaşlı müdafiəçi isə hələ də karyerası ilə bağlı yekun qərarı vermədiyini bildirib.

Naço mövsümün sonunda “Real”dan ayrılacaq. O, 2012-ci ildən Madrid klubunda çıxış edir.