Alonso: “Ötən ildən nəticə çıxarmışıq”

“Bayer” bu gün UEFA Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində “Roma”nı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, oyundan öncə Almaniya təmsilçisinin baş məşqçisi Xabi Alonso mətbuat konfransında iştirak edib.

Mütəxəssis qələbə qazanaraq azarkeşlərini sevindirmək niyyətində olduqlarını bildirdi:

“Güclü rəqibə qarşı oyun keçirməliyik. Qələbə qazanıb azarkeşlərimizi sevindirmək istəyirik. Ötən ildən nəticə çıxarmışıq”.

“Bayer” ötən mövsüm turnirin sözügedən mərhələsində “Roma”ya ümumi hesabda 0:1 hesabı ilə məğlub olmuşdu.

İlk oyunda Leverkuzen təmsilçisi rəqibinə 2:0 hesabı ilə qalib gəlmişdi.