Almeyda “Qarabağ”da qaldı

“Qarabağ” futbolçusu Riçard Almeyda ilə müqaviləni yeniləyib.

Futbolpress.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi ilə anlaşma bir il müddətinə uzadılıb. Riçardın yeni müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

O, “Qarabağ”da 9 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub. Riçard bu müddətdə Premyer Liqada 238 oyunda 46 qol vurub.