Almaniyanın köklü klubu Raula tapşırıla bilər

“Real”ın B komandasının baş məşqçisi Raul Qonsales Almaniyada çalışa bilər.

Futbolpress.az xəbər verir ki, “Şalke” klubu mütəxəssisin xidmətində maraqlıdır. Bu barədə “Bild” nəşri məlumat yayıb.

“Şalke”yə hazırda Karel Qerarts rəhbərlik edir. Komanda II Bundesliqada 6 turdan sonra 4 xalla 18 komanda arasında 16-cı sıradadır.

Raul futbolçu kimi 2010-2012-ci illərdə “Şalke”də çıxış edib. O, bundan başqa, “Real”, “Əl Sədd” və “Nyu York Kosmos”un formasını geyinib.