Almaniyalı məşqçi yol qəzasında vəfat etdi

Almaniyanın “Ayntraxt” klubunun U-19 komandasının baş məşqçisi Helge Raxe vəfat edib.

Futbolpress.az xəbər verir ki, 33 yaşlı mütəxəssis yol qəzasında dünyasını dəyişib.

Raxe 2020/21 mövsümündən “Ayntraxt”da işləyirdi. Onun komandası ötən həftə Almaniyada “Junior Cup”də ikinci mərhələyə yüksəlmişdi.