Almaniyadan Səudiyyə Ərəbistanına üz tutdu

Leverkuzen “Bayer”inin oyunçusu Viktor Bonifeysin Səudiyyə Ərəbistan Pro Liqa nəhəngi “Əl-Nəsr”ə keçidi praktiki olaraq başa çatıb.

Futbolpress.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq məlumat yayıb. Nigeriyalı hücumçu yeni klubunda mövsümdə 15 milyon avro qazanacaq. “Əl-Nəsr” isə bu keçid üçün “Bayer”ə 60 milyon avro ödəməli olacaq. Bu o deməkdir ki, 24 yaşlı futbolçu indiki maaşının təxminən 6 qatını qazanacaq. başlayacaq.

Bonifeys artıq tibbi müayinədən keçib və tezliklə Səudiyyə Ərəbistan klubu bu transferi açıqlayacaq.