Almaniya Kubokunda ilk finalçı məlum olub.
Futbolpress.az xəbər verir ki, Leverkuzen “Bayer”i final yolunda 3-cü liqa təmsilçisi “Arminiya” ilə qarşılaşıb. Matç aşağı liqa komandasının qələbəsi ilə başa çatıb – 2:1.
“Arminiya” tarixində ilk dəfə kubokda finala yüksəlib.
Digər finalçı isə “Ştutqart” – “Leypsiq” cütünün qalibi olacaq.