Almaniya millisində itki – Avro-2024-ü buraxacaq

Almaniya millisinin futbolçusu Aleksandar Pavloviç Avro-2024-ü buraxacaq.

Futbolpress.az xəbər verir ki, buna səbəb yarımmüdafiəçinin xəstələnməsidir. 20 yaşlı oyunçu Avro-2024-ün oyunlarını buraxacaq.

Almaniyanın ev sahibliyi edəcəyi turnir iyunun 14-də başlayacaq. Yığma A qrupunda Şotlandiya, İsveçrə və Macarıstanla qarşılaşacaq.