Almaniya millisi Olimpiya 3-cüsü oldu

Paris-2024 Yay Olimpiya Oyunlarında qadın komadalar arasında 3-cü yerin sahibi müəyyənləşib. Bürünc medal uğrunda Almaniya və İspaniya seçmələri qarşılaşıblar.

Futbolpress.az xəbər verir ki, ilk hissəsi qolsuz heç-heçə ilə başa çatan matçın ikinci yarısında Almaniya yığması Culiya Qvinin penaltidən vurduğu yeganə qolla qalib gəlib. İspaniya millisində 90+6-cı dəqiqədə Aleksiya Putellas 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib.

Paris-2024 Yay Olimpiya Oyunlarında qadın futbol millilərinin final görüşündə isə Braziliya ilə Amerika Birləşmiş Ştatları yığmaları ilə üz-üzə gələcəklər. Tərəflər sonuncu dəfə 2008-ci ildə Çində təşkil edilən 4 illiyin mötəbər turnirində qarşılaşmış və Amerika Birləşmiş Ştatları seçməsi minimal hesabla qalib gəlmişdi.