“Benfika”nın sabiq baş məşqçisi Rocer Şmidt “Beşiktaş”dan təklif alıb.
Futbolpress.az xəbər verir ki, bu barədə İstanbul klubunun prezidenti Hasan Yücel yerli mətbuata açıqlamasında deyib. O, alman mütəxəssisə 6 aylıq sözləşmə təklif etsələr də, rədd cavabı aldıqlarını deyib.
Şmidt 2024-cü ilin avqustundan işsizdir.
“Beşiktaş”a hazırda müvəqqəti olaraq köməkçi məşqçi Serdar Topraktepe rəhbərlik edir. Komanda Super Liqada 16 oyundans onra 26 xalla 6-cı sıradadır.