“Bavariya” Çempionlar Liqasının Liqa mərhələsinin VI turunda “Şaxtyor”la qarşılaşacaq.
Futbolpress.az xəbər verir ki, Ukrayna klubunun nominal ev sahibi olacağı matç Almaniyanın Gelsenkirhen şəhərində keçiriləcək.
“Şaxtyor” oyun üçün biletlərin qiymətini 105 avrodan təyin edib. “Bavariya”lı azarkeşlər qiymətlərin baha olması səbəbindən oyunu boykot etməyə qərar verib. Daha əvvəl 55 min fanat bilet üçün müraciət edib, lakin qiymətlərin yüksək olması səbəbindən boykot çağırışı başlayıb və fanatlar tələblərindən vaz keçiblər.
“Şaxtyor”un “Atalanta” ilə ev oyununun bilet qiymətləri 28-dan başlayıb.
“Şaxtyor” – “Bavariya” oyunu dekabrın 11-də keçiriləcək.