Alleqri: “Risk etdik”

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri A Seriyasında “Roma” ilə heç-heçə etdikləri görüşdən (1:1) sonra fikirlərini bildirib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

“Qalib gələ bilmədiyimiz matçı uduza da bilərdik. Risk etdik. İkinci hissədə daha yaxşı oynadıq və şanslarımız oldu. Son dəqiqələrdə inanılmaz oynadıq, lakin kifayət etmədi”.

“Yuventus” A Seriyasında 66 xalla üçüncü sıradadır. “Roma” isə 60 xalla 5-cidir.