Alleqri kubokun rekordçusu oldu

“Yuventus” İtaliya Kubokunu qazanıb.

Futbolpress.az xəbər verir ki, Turin təmsilçisi tarixində 15-ci dəfə bu titula yiyələnib.

“Qoca sinyora”nın baş məşqçisi Massimiliano Alleqri isə 5-ci dəfə kubokun qalibi olub. O, turnirdə ən çox çempionluq yaşayan mütəxəssis adına sahib çıxıb.

Alleqridən əvvəl Roberto Mançini və Sven-Yoran Eriksen hərəyə 4 dəfə kuboku götürüb.