“Yuventus”da baş məşqçi Massimiliano Alleqri ilə yollarını ayırıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Alleqri 2021-ci ilin mayından “qoca sinyora”ya rəhbərlik edirdi. Komanda onun başçılığı altında 149 oyunda 80 qələbə qazanıb, 35 dəfə məğlub olub.
“Yuventus” A Seriyasında 36 turdan sonra 67 xalla 4-cü sıradadır.