Alkantara “Barselona”da işləyə bilər

Karyerasını bitirən Tyaqo Alkantara məşqçiliyə başlaya bilər.

Futbolpress.az xəbər verir ki, “Barselona”nın baş məşqçisi Hans-Diter Flik ispaniyalı keçmiş yarımmüdafiəçinin onunla işləməsini istəyir. Bu barədə “Diario Sport” məlumat yayıb.

Alkantara “Barselona”nın yetirməsidir. Son klubu “Liverpul” olan oyunçu dünən karyerasını bitirdiyini açıqlayıb.