Alisson millinin düşərgəsini tərk etdi

Braziliya millisinin qapıçısı Alisson Bekker yığmanın düşərgəsini tərk edib.

Futbolpress.az xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsində Kolumbiya ilə oyunda zədə alan qolkiper növbəti görüşdə iştirak edə bilməyəcək.

“Sambaçılar” növbəti turda Argentina ilə üz-üzə gələcək.

Braziliya yığması Kolumbiyanı 2:1 hesabıyla məğlub edib.