Aleksis Sançez “Udineze”yə qayıtdı

İtaliyanın “Udineze” klubu çilili hücumçu Aleksis Sançezi heyətinə qatıb.

Footballpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat verib. Çilili futbolçu ilə 2026-cı ilə qədər müqavilə imzalanıb. 35 yaşlı forvardın son klubu İtaliya “İnter”i olub. Sançez 1 mövsüm oynadığı Milan təmsilçisində 23 oyunda 2 qolla yadda qalıb. Aleksis Sançezin Avropadakı ilk klubu məhz “Udineze” olub. Futbolçu 13 il sonra yenidən “Udineze”yə qayıdıb.