Aleks de Souza ilə yolları ayıran “Antalyaspor”un yeni baş məşqçisi bəlli olub.
Futbolpress.az xəbər verir ki, bundan sonra komandanı Emre Belözoğlu çalışadaracaq. Sonuncu dəfə “Ankaragücü”nü çalışdıran Emre 2024-cü ilin iyul ayından işsizdir.
Türkiyə millisinin sabiq üzvü bu vaxta qədər “Başakşehir” və “Fənərbağça” kimi komandalarda çalışıb.
Qeyd edək ki, Emre futbolçu kimi “Fənərbağça”da Alekslə komanda yoldaşı olub.