Aleks Premyer Liqada klubunu dəyişdi

“Aston Villa”nın futbolçusu Aleks Moreno karyerasını “Nottingem Forest”də davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı ispan futbolçu 2025-ci ilin yayına kimi “Nottingem Forest”də çıxış edəcək.

Premyer Liqa klubu mövsümün sonunda 13 milyon avro ödəməklə futbolçunun transfer hüquqlarına sahib ola bilər.

Moreno “Aston Villa”da ümumilikdə 48 oyunda 3 qol vurub, 3 məhsuldar ötürmə edib.