Aleks de Souza ilə yollar ayrıla bilər

Türkiyənin “Antalyaspor” klubunda baş məşqçi Aleks de Souza ilə yollar ayrıla bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Super Liqa klubunun İdarə Heyətinin bir neçə üzvü mütəxəssislə vidalaşmağın düzgün olduğunu düşünür. Buna səbəb komandanın uğursuz nəticələridir.

“Antalyaspor” Aleksin rəhbərliyi altında 9 oyunda 2 qələbə qazanıb, 5 dəfə uduzub. Komanda çempionatda 19 komanda arasında 15-ci sıradadır.