Albanlarla altıncı duel – son və tək qələbədən 13 il ötür

Azərbaycan millisi iyunun 7-də yoldaşlıq oyununda Albaniya seçməsi ilə qarşılaşacaq. Macarıstanda keçiriləcək görüşə saat 19:00-da start veriləcək.

Milli tarixində altıncı dəfə albanlarla qarşılaşacaq. Komandalar arasında buna qədər baş tutan beş görüşdə Azərbaycan yığması bir qələbə qazanıb. 3 görüşdə albanlar sevinib, bir matçda “sülh” qeydə alınıb. Tərəflərin son dueli məhz millinin qələbəsiylə başa çatıb. 2011-ci ildə Tiranada keçirilən görüşdə Azərbaycan minimal hesabla üstün olub – 1:0. Albanlar beş görüşdə 5, milli isə 3 qol vurub.

Azərbaycan yığması Albaniya ilə matçdan sonra Qazaxıstanla üz-üzə gələcək. Bu görüş də Macarıstanda baş tutacaq və iyunun 11-də olacaq.

Kamil Əhməd