AL: “Qarabağ”ın pley-off mərhələsinə düşmək şansı nə qədərdir?

“Football Meets Data” portalı UEFA Avropa Liqasında klubların təxmini sıralamasını açıqlayıb.

Futbolpress.az xəbər verir ki, Liqa mərhələsinin lideri olmağa ən yaxın namizəd “Tottenhem” göstərilib. London klubunun şansları 49 faiz dəyərləndirilib.

Sıralamada Azərbaycan təmsilçisi “Qarabağ” 22-ci pillədə göstərilib. “Atlılar”ın ilk “8-lik”də qalmaq şansı 16, pley-offa düşməyi isə 65 faiz göstərilib.

İlk 8 yer isə belə təxmin edilib:

1. “Tottenhem”
2. “Mançester Yunayted”
3. “Roma”
4. “Atletik”
5. “Qalatasaray”
6. “Latsio”
7. “Portu”
8. “Real Sosyedad”.

Avropa Liqasının yeni formatına görə Liqa mərhələsini birinci 8 sırada bitirənlər birbaşa 1/8 finala, 9-24-cü pillələr isə pley-off mərhələsinə yüksələcək.

“Qarabağ”ın rəqibləri isə belədir: Niderlandın “Ayaks”, İngiltərənin “Tottenhem”, Yunanıstanın “Olimpiakos”, İsveçin “Malmö”, Norveçin “Budo Qlimt”, Rumıniyanın “Styaua” və İsveçin “Elfsborq” komandaları ilə üz-üzə gələcək.

Azərbaycan təmsilçisi “Ayaks”, “Lion”, “Malmö” və “Styaua” ilə Bakıda, digər komandalarla səfərdə oynayacaq.