AL idi, KL oldu – “Zirə” üstünlüyünü qoruya bilmədi

“Zirə” Avropa Liqasının I təsnifat mərhələsində Moldova “Şerif”ini keçə bilmədi. “Qartallar” ilk oyunda qələbə qazanmasına baxmayaraq, cavab görüşündə əsas vaxtı rəqibin öndə bitməsinə görə (1:0, 1:2, penaltilər – 4:5 keçirilən penaltilər seriyasında uduzan tərəf oldu.

İlk matçdan qalan üstünlük komandanı daha motivasiyalı etmişdi. Birinci hücumun qolla nəticələnməsi isə hədiyyədən başqa bir şey deyildi. “Zirə”nin önə keçməsi və ümumi hesabda 2:0-lıq üstünlük komandanı sanki rahatlaşdırdı. Artıq müdafiə olunan və əks-hücumlara bel bağlayan “Zirə” idi. “Şerif”lə matçdan əvvəl də deyilib, yazılırdı – komanda müdafiədə sayıq olmalıdır. Buna baxmayaraq, qol epizodlarından savayı, dəfələrə “arxadakı” boşluqlar göründü.

Mövsümün əvvəli olmasına baxmayaraq, “Zirə” mübariz oyun nümayiş etdirdi. Buna baxmayaraq, hücumda dişsizlik, irəlidə çoxala bilməmək və müdafiədəki fərqdi səhvlər komandaya baha başa gəldi. “Zirə”nin şansları daha çox olsa da, “Şerif” Bakıdan sevinclə ayrıldı.

Rəşad Sadıqovun yetirmələri üçün avrokubok mövsümü bitməyib. “Qartallar” yoluna Konfrans Liqasında davam edəcək və Slovakiyanın DAC komandası buradakı rəqib olacaq. İndi “Şerif”lə matçı ciddi təhlil etmək və səhvləri aradan qaldırmaq lazımdır. DAC “Zirə” kimi müdafiədən oynayan və qapalı futbol sərgiləyən komandadır. Slovakları yaxşı təhlil etmək şərtdir