Ağır zədə alan qapıçı: “Özümü güclü hiss edirəm”

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen açıqlama yayıb.

Futbolpress.az xəbər verir ki, dizindən əməliyyat olunan qolkiper sosial şəbəkə hesabında bunları bildirib:

“Göstərdiyiniz dəstəyə və sevgiyə görə təşəkkür edirəm. Həqiqətən, hər kəsə – azarkeşlərə, komanda yoldaşlarıma, rəqiblərə, klublara, dostlarıma minnətdaram. Özümü pozitiv və güclü hiss edirəm. İndi bütün diqqətimi bərpaya yönəldəcəm”.

Alman qapıçı “Vilyarreal”la matçda ciddi zədə alıb və azı 8 ay oynamayacaq.