“Ağdaş” 3 xalı 3 qolla qazandı

Bu gün Azərbaycan II Liqasında XXIV tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma keçirilib.

“Ağdaş” “Dinamo”dan üstün olub. Matç bölgə təmsilçisinin qələbəsiylə başa çatıb – 3:0.

“Dinamo” 24 turdan sonra 24 xalla 10-cu, “Ağdaş” isə 26 xalla 9-cu sıradadır.

Azərbaycan II Liqası
XXIV tur

8 may

Dinamo – Ağdaş 0:3
Qollar: Fuad Hüseynov, 62, 76, Nicat Baxşıyev, 72