“Zirə” bu gün Avropa Liqasının I təsnifat mərhələsində “Şerif”lə qarşılaşacaq.
Veteran futbolçu Ağasəlim Mircavadov “FutbolPress“ə açıqlamasında oyundan gözləntilərini bölüşdü:
“Zirə”nin hazırlığını görməmişəm, amma eşitdiyimə görə, yaxşı toplanış keçiblər. Rəşad Sadıqovun komandasının indiki oyununu görməsəm də, bilirəm ki, xarakter göstərəcəklər. Komanda dəyişib, iki il əvvəlki “Zirə” deyil. İndi daha məzmunlu futbol oynayırlar. Bununla yanaşı, yeni transferlər də ediblər və onlar istədikləri oyunçulardır. “Zirə”nin mərhələ keçəcəyinə inanıram”.
Mütəxəssis “Şerif”in əvvəlki gücündə olmadığını və “Zirə”nin mərhələ adlamağa daha yaxın olduğunu qeyd etdi:
Şansları faizlə deyə bilmərəm. Amma nəzərə alaq ki, “Şerif” də əvvəlki gücündə deyil. Son vaxtlarda demək olar, hər il heyəti dəyişirlər. Onlar da mərhələ adlamaq istəyirlər, ancaq “Zirə”nin iki oyunun yekununda üstün tərəf olacağını düşünürəm”.
“Şerif” – “Zirə” oyunu saat 21:00-da start götürəcək. Cavab görüşü bir həftə sonra Bakıda olacaq.
Şahin Cəfərov