Ağabala Ramazanov özünə iş tapdı

Karyerasını bitirən Ağabala Ramazanovun yeni iş yeri məlum olub.

Futbolpress.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi “Zirə”nin akademiyasında məşqçi kimi çalışacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ağabalanın son klubu “Səbail” olub. O, 2020-2023-cü illərdə “Zirə”də top qovub.