AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.
Futbolpress.az xəbər verir ki, O, qadın futbolçular arasında Avropa çempionatının pley-off mərhələsi çərçivəsində keçiriləcək Gürcüstan – İrlandiya oyununun UEFA nümayəndəsi olacaq.
Oktyabrın 25-də Gürcüstanın paytaxtı Tbilisidə yerləşən “Mixail Mesxi 2” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.