AFFA rəsmisi Yunanıstanın oyununa təyinat aldı

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

Futbolpress.az xəbər verir ki, o, qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində C liqasının 3-cü qrupunda mayın 31-də, saat 19:00-da keçiriləcək Yunanıstan – Monteneqro oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Yunanıstanın Heraklion şəhərindəki “Teodoros Vardinogiannis” stadionunda baş tutacaq.