AFFA rəsmisi UEFA seminarında

Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA-nın Klubların Lisenziyalaşdırılması Komitəsinin növbəti iclasında üzv olaraq iştirak edib.

Futbolpress.az xəbər verir ki, iclas UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında baş tutub. Toplantı zamanı aşağıdakı məsələlər müzakirə olunub:

– Klubların lisenziyalaşdırılması üzrə UEFA tərəfindən Milli Assosiasiyalara dəstək fəaliyyətləri;
– Klublara həmrəylik ödənişlərinin lisenziyalaşdırma sistemi ilə əlaqələndirilməsi;
– UEFA Maliyyə Davamlılığı qaydaları haqqında yeniliklər;
– UEFA-nın Klublara Maliyyə Nəzarəti Orqanının fəaliyyətini tənzimləyən prosedur qaydalarında dəyişikliklər;
– Avropa klublarının maliyyə və investisiyalarına dair UEFA-nın hesabatı.