AFFA rəsmisi “Fənərbağça” üçün İstanbula gedəcək

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb.

Futbolpress.az xəbər verir ki, o, UEFA Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək “Fənərbağça” (Türkiyə) – “Reyncers” (Şotlandiya) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.

Qarşılaşma martın 6-da İstanbulda yerləşən “Şükrü Saracoğlu” stadionunda baş tutacaq.