Rövşən Nəcəf “Qarabağ”ın bazasında

AFFA-nın prezidenti Rövşən Nəcəf Azərbaycan Premyer Liqasının 36-cı turunun “Araz Naxçıvan” – “Qarabağ” oyunundan öncə klubun bazasını ziyarət edib.

Futbolpress.az xəbər verir ki, ziyarət zamanı klub rəsmiləri – Emrah Çelikel, Asif Əsgərov və Rafiq Şahverdiyev AFFA prezidentini bazada yaradılmış şəraitlə tanış ediblər.

“Qarabağ” Futbol Klubunun baş direktoru Emrah Çelikel Rövşən Nəcəfə komandanın imzalı formasını təqdim edib.