Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbolpress.az xəbər verir ki, toplantıda Premyer Liqanın XXIV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Neftçi” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasında 4 nəfər sarı vərəqə aldığına görə “Sumqayıt” komandası 700 manat cərimə edilsin (maddə 37);
“Araz-Naxçıvan” – “Səbail” oyununda “Araz-Naxçıvan” komandasında 5 nəfər sarı vərəqə aldığına görə “Araz-Naxçıvan” komandası 700 manat cərimə edilsin (maddə 37);
“Qarabağ” – “Sabah” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Qarabağ” klubu 500 manat cərimə edilsin (maddə 70.1);
“Şamaxı” – “Turan Tovuz” oyununda “Şamaxı” komandasında 4 nəfər sarı vərəqə aldığına görə “Şamaxı” komandası 700 manat cərimə edilsin (maddə 37).