AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.
Futbolpress.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının Liqa mərhələsinin III turu çərçivəsində keçiriləcək LASK (Avstriya) – “Serkle Brügge” (Belçika) oyununun UEFA nümayəndəsi olacaq.
Linz şəhərində yerləşən “Oberösterreich Arena”da təşkil olunacaq görüş noyabrın 7-də baş tutacaq.