AFFA nümayəndələri UEFA-nın tədbirində iştirak edir

UEFA-nın təşkilatçılığı ilə Portuqaliyanın paytaxtı Lissabonda UEFA Fitness kurslarının təşkilinə dair seminarlar keçirilir.

Futbolpress.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Tədbirdə AFFA-nın təhsil şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimov da iştirak edir. Seminar aprelin 17-dək davam edəcək.