3 fevral 2025-ci il tarixində AFFA-nın inzibati binasında AFFA-nın prezidenti Rövşən Nəcəfin rəhbərliyi altında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Futbolpress.az xəbər verir ki, icraçı vitse-prezident Sərxan Hacıyev iclasın gündəliyi barədə məlumat verib.
Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.
İlk növbədə AFFA-nın yeni baş katibinin təyinatı olub. İcraiyyə Komitəsi Cahangir Fərəcullayevin bu vəzifəyə təyin olunması barədə qərar qəbul edib.
Cahangir Fərəcullayev 1981-ci ildə Bakıda anadan olub. 1999-2005-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində bakalavr və magistr təhsili alıb və fərqlənmə diplomlarla bitirib.
O, 2004-20019-cu illərdə Engin, Deniz Service, Gametv.az Prodüser Mərkəzi, AGBank, Novartis, Sandoz və JTI Azərbaycan şirkətlərində müxtəlif vəzifələrdə çalışıb, biznesin inkişafı və marketinq üzrə müstəqil konsultant kimi çıxış edib.