AFFA-nın inkişaf strategiyasının layihəsi

AFFA-nın inkişaf strategiyasının layihəsi ictimaiyyətə açıqlanıb.

Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

AFFA tərəfindən 2024-cü ilin avqust ayında strategiyanın yazılışına başlanarkən ictimaiyyətə müraciət olunmuş və rəylər toplanmışdı.

Son olaraq strategiyanın layihəsinə rəy və təkliflərinizi 2025-ci il yanvarın 13-ü saat 12:00-a qədər bildirə bilərsiniz. Təqdim olunacaq rəylər nəzərə alındıqdan sonra strategiyanın yekun versiyası ictimaiyyətlə paylaşılacaq.

Strategiyaya buradan keçid edə bilərsiniz.