AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbolpress.az xəbər verir ki, toplantıda AFFA U-10 Liqasının oyunları ilə bağlı qərarlar qəbul edilib.
Çempionatda mübarizə aparan “Karvan” “Laçın İK” ilə oyuna gəlmədiyi üçün 0:3 hesablı texniki məğlubiyyət alıb. Yevlax təmsilçisi mövsümdə üçüncü dəfə bu halı təkrarladığı üçün yarışdan kənarlaşdırılıb.