AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı məlum olub.
“FutbolPress“in əldə etdiyi məlumata görə, komitənin toplantısı iyunun 3-nə təyin olunub.
Görüşdə milli komandaya baş məşqçi namizədlərinin müzakirəsi əsas mövzu olacaq. Digər məsələlərin isə klublara maliyyə yardımı, uşaq futbolunun inkişafı strategiyası, elitanı tərk edən “Qəbələ”yə dəstək mexanizmi və klubların ölkə futbolunun inkişafı üçün təklif paketlərinin ibarət olacağı bildirilir.
Qeyd edək ki, Rövşən Nəcəfin AFFA prezidenti seçilməyindən və yeni İK formalaşandan sonra bu, ikinci iclas olacaq.