AFFA İcraiyyə Komitəsinin iclasının vaxtı bilindi

İyulun 12-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Futbolpress.az xəbər verir ki, saat 14:30-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Hakimlər Komitəsi ilə bağlı məsələlərin müzakirəsi

2. Futzal üzrə milli komandanın baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi

3. Çimərlik futbolu üzrə milli komandanın baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi

4. AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarla bağlı müzakirələr

5. 1-ci və 2-ci Liqada mövcud vəziyyətin müzakirəsi 6. AFFA tərəfindən klublara ayrılan vəsaitin meyarlar üzrə bölgüsünün müzakirəsi

7. Digər məsələlər.