Mayın 13-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
Futbolpress.az xəbər verir ki, saat 15:00-da başlayacaq iclasın gündəliyinə 4 məsələ daxil edib.
Müzakirə olunacaq məsələlər bunlardır:
1. AFFA-nın inkişafı strategiyasının müzakirəsi
– İnkişaf hədəflərinin müəyyən olunması
– Strategiyanın yazılması
2. Azərbaycan Premyer Liqasında komanda sayının artırılmasının müzakirəsi
3. Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümündə tətbiq olunacaq legioner limitinin müzakirəsi
4. 2024-cü il üçün AFFA büdcəsinin müzakirəsi.