AFFA-dan “Kəpəz”ə xəbərdarlıq

Bu gün AFFA İntizam Komitəsini iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Premyer Liqanın II turunda keçirilən oyunlarla bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Qarabağ” – “Kəpəz” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” klubu 700 manat cərimə edilir (maddə 37);

“Qarabağ” – “Kəpəz” oyununun 78-ci dəqiqəsində “Kəpəz” klubunun 8 nömrəli futbolçusu Elmir Tağıyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Kəpəz” klubu 500 manat cərimə edilir (maddə 36.5);

“Qarabağ” – “Kəpəz” oyununun 89-cu dəqiqəsində “Kəpəz” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Kəpəz” klubuna xəbərdarlıq edilir (maddə 43.7);

“Araz-Naxçıvan” – “Şamaxı” oyununda hesab tablosu işləmədiyinə görə “Araz-Naxçıvan” klubu 500 manat cərimə edilir (maddə 99);

“Səbail” – “Neftçi” oyununda “Səbail” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” klubu 700 manat cərimə edilir (maddə 37);

“Səbail” – “Neftçi” oyunu bitdikdən sonra stadionda “Neftçi” klubunun azarkeşləri tərəfindən iğtişaş törədildiyinə görə “Neftçi” klubu 4000 manat cərimə edilir (maddə 51.5);

“Səbail” – “Neftçi” oyunu bitdikdən sonra “Neftçi” klubunun 99 nömrəli futbolçusu Ervin Koffi azarkeşlərə kənar əşya atdığına görə 2 oyun cəzalanır, “Neftçi” klubu 2000 manat cərimə edilir (maddə 40.4);

“Turan Tovuz” – “Sumqayıt” oyununda “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz” klubu 700 manat cərimə edilir (maddə 37);