AFFA-da iclas günü

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək.

Futbolpress.az xəbər verir ki, saat 10:00-da başlayacaq toplantının gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. 2024-cü il üçün AFFA-nın büdcəsinin müzakirəsi
2. AFFA-nın strategiyası və uşaq futboluna dair müzakirələr
3. Aşağı yaş qrupu üzrə milli komandaların baş məşqçi məsələsinin müzakirəsi
4. 1-ci və 2-ci Liqada mövcud vəziyyətin müzakirəsi
5. “Qəbələ” İK-ya müvafiq yardımın ayrılması
6. Digər məsələlər.