UEFA-nın dəstəyi ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Qazaxıstan Futbol Federasiyasının (QFF) Lisenziyalaşdırma Departamentinin əməkdaşları arasında mübadilə proqramı həyata keçirilib.
Futbolpress.az xəbər verir ki, proqram iştirakçıları arasında UEFA-nın lisenziyalaşdırma üzrə mütəxəssisi Anna Polatovska da var idi. Birinci hissəsi Bakıda baş tutan proqram çərçivəsində QFF-dən olan əməkdaşlar yerli lisenziyalaşdırma sistemi və əsas proses barədə məlumatlandırılıb. Bundan əlavə, departamentin ekspertləri qonaqlarla təkbətək görüşlər keçirərək meyarlar üzrə fikir və təcrübələrini paylaşıblar.
Qeyd edək ki, proqrama uyğun olaraq növbəti görüşün Qazaxıstanda keçirilməsi planlaşdırılıb.