AFFA İcraiyyə Komitəsi yeni rəhbərliyin dövründə dünən 3-cü iclasa toplaşdı. “Qarabağ”ın Avstriyada təlim-məşq toplanışına görə Qurban Qurbanov bu dəfə də iştirak edə bilməyib.
İclasda qəbul olunan qərarları burdan oxuya bilərsiniz. Bir detalı qabartmaq lazımdır. Assosiasiya yeni strategiya hazırlanmasını qurumun Lisenziyalaşdırma qrupuna həvalə etdi.
Bu necə və ya niyə belə oldu?
Adıçəkilən departamentin rəhbəri Elçin Məmmədovdur. 2012-ci ildən AFFA-da çalışır, kifayət qədər təcrübəsi var. Amma strategiya kimi ən ağır, məsuliyyətli yolun çəkilməsini niyə məhz Linziyalaşdırmaya həvalə etdilər?
Elçin bəyin AFFA-nın keçmiş baş katibi Elxan Məmmədovun yaxın qohumu olduğu bildirilir. Nöqtə.
Kamil Əhməd