AFFA avrokuboklar üçün 6 Premyer Liqa klubuna lisenziya verdi

Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.
Futbolpress.az xəbər verir ki, iclasda 6 Premyer Liqa klubuna avrokuboklarda iştirak etmək üçün lisenziya verilib.
Qərara alınıb ki, UEFA-nın kişilər arasında keçirilən klub yarışlarında iştirak etmək üçün “Qarabağ” FK, “Neftçi” PFK, “Sabah” FK, “Sumqayıt” FK, “Turan Tovuz” PFK İB və “Zirə” PFK-ya lisenziya verilsin.
“Kəpəz”, “Qəbələ”, “Səbail” və “Araz-Naxçıvan”a isə lisenziya verilməyib.
Həmçinin UEFA-nın qadınlar arasında Çempionlar Liqasında iştirak etmək üçün “Neftçi” PFK VƏ “Sumqayıt” FK-ya müsbət cavab verilib.

Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.

Cari mövsüm I Liqa və II Liqa yarışlarında, həmçinin AFFA Yüksək Qızlar Liqasında iştirak edən və ərizə ilə muraciət edən digər klubların ərizələrinə 27 may 2024-cü il tarixində baxılacaq və müvafiq qərarlar qəbul olunacaq.