Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbolpress.az xəbər verir ki, toplantıda Azərbaycan Kubokunun I təsnifat mərhələsinin oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Göygöl” – “Hypers Guba” oyununda “Göygöl” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Göygöl” komandası 70 manat cərimə edilir (maddə 37);
“Göygöl” – “Hypers Guba” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Göygöl” komandası 80 manat cərimə edilir (maddə 51.2);
“Göygöl” – “Hypers Guba” oyununda “Göygöl” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə 100 manat cərimə edilir (maddə 91);
“Göygöl” – “Hypers Guba” oyununda “Hypers Guba” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Hypers Guba” komandası 70 manat cərimə edilir (maddə 37);
“Lerik” – “Ağdaş” oyununda oyun günü planı pozulduğuna görə “Lerik” komandası 100 manat cərimə edilir (maddə 77.1);
“Lerik” – “Ağdaş” oyununda “Ağdaş” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə 100 manat cərimə edilir (maddə 91);
“Sheki City” – “Şəmkir” oyunu “Şəmkir” komandasının qapıçısının formasında qüsur olması səbəbindən matç gec başladığı üçün “Şəmkir” komandası 80 manat cərimə edilir (maddə 75.6);
“Dinamo” – “Füzuli” oyununda “Füzuli” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə 100 manat cərimə edilir (maddə 91);