Fransanın “Monako” klubu baş məşqçisi Adolf Hütter ilə müqaviləni uzadıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssisin sözləşməsi 2027-ci ilin yayına kimi artırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Monako” Fransa Liqa 1-də 16 turdan sonra 30 xalla 3-cü sıradadır və lider PSJ-dən 10 xal geri qalır.