Adnan İspaniyada klubunu dəyişdi

“Sevilya” futbolçusu Adnan Yanuzayı icarəyə verib.

Futbolpress.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi 2024/25 mövsümünü “Las Palmas”da keçirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Belçika yığmasının sabiq üzvü daha əvvəl “Real Sosyedad”, Dortmund “Borussiya”sı, “Sanderlend” kimi klublarda çıxış edib.